Fərdi şərtlərlə istənilən alış
Umico universal mobil konsyerjdir. Alqı-satqı, taksi sifariş etmə, restoranda masa sifariş etmək və fərdi şərtlərlə smartfonun köməyi ilə daha çox iş görmək mümkündür. Umico ilə nə qədər tez-tez alsanız, bir o qədər də daha əlverişli alış şərtləri sizə təklif olunar.
Umico-nun nə faydası var?
Umico hər hansı alış üçün sizin şəxsi köməkçinizdir. O, sizə daha sərfəli və daha tez satınalmanın yerini göstərər və lazımi vaxt sizə lazım olanı təklif edər.
Harada almalı?
Umico bonuslar, endirimlər və aksiyalar haqqında hər şeyi bilir. O, sizə daha əlverişli alış yerini göstərəcəkdir.
Necə almalı?
Umico bütün satınalmaları satınalma üçün daha sürətli və daha rahat bir yerə yığmağa kömək edir - bu, sizin smartfonunuzdur.
Nə almalı?
Umico-ya istədiyiniz məhsulları, markaları və mağazaları bildirsəniz, o, sizin üçün ən yaxşı təkliflər edəcəkdir.
Umico nə edə bilər?
Alış-veriş üçün ən yaxşı yerləri tapa bilər
Yerinizi və ya ünvanınızı göstərin və Umico sizin üçün sərfəli yerlərdə alış-veriş və istirahət üçün ən yaxşı yerləri göstərəcək.
Pulunuza qənaət
edə bilər
Hər bir alış üçün Umico bonus əlavə edir və həmin bonusları yeni alışlara xərcləyə bilərsiniz.
Malları onlayn tapa və ala bilər
Malları birbaşa Umico applikasiyasında onlayn satın alın. Malların mövcudluğuna, çatdırılmasına və möhlətlə faizsiz satılmasına zəmanət verilir.
Xüsusi təkliflər edə bilər
Siz nə qədər tez-tez mal alırsınızsa, bir o qədər Umico nə istədiyinizi daha yaxşı bilir və sizə nə və nə vaxt lazım olanı təklif edir.
Arzularınızı yerinə yetirə bilər
Böyük satınalma arzusunda olsanız, onu arzular siyahısında qeyd edin və Umico xüsusilə sizin üçün xüsusi satınalma şərtləri təklif edəcək.
Satınalmalarınızın tarixini saxlaya bilər
Umico bütün satınalmalarınızı izləyir, xərcləri təhlil edə bilir və necə daha çox qənaət etmək üçün məsləhət verə bilər.
Umico ilə necə almaq olar?
Özünüzə Umico alın
Applikasiyanı yükləyin və bir kliklə qeydiyyatdan keçin. Applikasiyada, Umico tərəfdaşlarından əlverişli satınalmalar üçün elektron bonus kartını, tərəfdaşların kataloqunu və daha çox faydalı şeylər tapa bilərsiniz.
Alış-veriş marşrutunu çəkin
Applikasiyada almaq istədiyiniz şeyi seçin, yerinizi və ya müəyyən bir ünvanınızı göstərin və Umico sizin üçün rahat olan yerdə sizi maraqlandıran malların daha əlverişli şərtlərlə satış yerlərini seçəcəkdir.
Alış-verişin siyahısını tərtib edin
Mağazaya getməzdən əvvəl alış-verişin siyahısını hazırlayın. Həmçinin, Umico sizə siyahıdakı tükənmək üzrə olan malların və ya müəyyən gün üçün hədiyyənin alınmasını xatırlada bilər. Bunu etmək üçün alış-veriş xatırlatmalarını qurmalısınız.
Bonuslar qazanın
Umico tərəfdaşlarından mal alın və bonuslar qazanın. Bunun üçün kassada malın haqqını ödəməzdən əvvəl applikasiyadan elektron bonus kartınızı göstərin.
Bonusların balansını izləyin
Umico applikasiyasında elə bir bölmə var ki, burada applikasiyada alışlar və fəaliyyət üçün əlavə edilmiş və silinmiş bonusları görəcəksiniz.
Alışlarınızı bonuslarla ödəyin
Əlavə edilmiş bonusları 1 bonus = 1 AZN kursu ilə Umico tərəfdaşlarından edilən yeni alışlara sərf etmək olar. Məsələn, yığılmış bonuslarla mobil telefonunuzun haqqını ödəyə bilərsiniz.
Arzularınızı yazın
Planlaşdırılan satınalmaları arzular siyahısına yazın və Umico onları tapıb sizə onların alınması üçün ən yaxşı şərtləri təklif edəcək.
Umico ilə onlayn alın
Umico ilə rahatlığa öyrəşin - onlayn alın!
Umico veb-saytında və ya mobil əlavə proqramında istənilən malı almaq olar. Umico təchizatçılarla əlaqə quracaq, malların mövcudluğunu və çatdırılma müddətini dəqiqləşdirəcək. Siz bununla artıq məşğul olmayacaqsınız. Umico sizin üçün hər şeyi edəcək.
Umico Bonus Kartı
Siz, alış-veriş üçün Umico plastik bonus kartından istifadə edə bilərsiniz. Alışlar üçün əlavə edilmiş bonuslar və bonus hesabınızın balansı haqqında biz sizə SMS vasitəsi ilə məlumat verəcəyik. Həmçinin SMS vasitəsilə Umico tərəfdaşlarından xüsusi təkliflər ala bilərsiniz.
Umico bonusları nəyinizə lazımdır?
Umico bonusları real puldur.
Sizin pulunuz!
Bonuslar alış-veriş üçün minnətdarlıqdır
Hər gün biz alış üçün pul ödəyirik. Bundan faydalanmağın vaxtı gəlib çatmşdır.
Sizə minnətdar olanlardan mal alın və Umico-dan hər alış və applikasiyada fəallıq üçün bonus alın.
Pul yerinə
bonuslar
Əlavə edilmiş bonusları 1 bonus = 1 pul vahidi kursu ilə Umico tərəfdaşlarından yeni alışlara xərcləyə bilərsiniz. Bonus nə qədər çox olarsa, bir o qədər də öz pullarınızı xərcləmədən yeni alış edə bilərsiniz.
Bonuslar
puldan bahadır
Umico tərəfdaşlarından bonuslarla alışları yüksək kursla ödəmək üçün xüsusi təkliflər alacaqsınız (məsələn, 1 bonus = 2 AZN və daha artıq). Beləliklə, bonuslar puldan baha ola bilər.
Umico bütün alışlarda şəxsi köməkçinizdir

© All Right Reserved. Competo LLC. Ümumi ofertası
[email protected]umico.io