UMICO satışa necə kömək edir?
Umico fərdiləşdirilmiş müştəri kommunikasiyası və müştəri sadiqliyinin yaradılması üçün onlayn platformadır
Azərbaycanda, investoru Kapital Bank olan ən iddialı və yenilikçi ilk koalisiya sadiqlik proqramının üzvü ol. Proqramda iştirak etməniz müştəri axınını, satışların səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa və öz sadiqlik proqramınızı təşkil etmək üçün İT və əməliyyat xərclərinizə qənaət etməyə imkan verəcək.
Umico necə kömək edəcək?
Umico, qlobal pərakəndə satışların artımı üçün yeni nəsil vasitədir. Həll etdiyi vəzifələr bunlardır:
Yeni müştərilərin cəlb edilməsi
Umico şirkətinin digər tərəfdaşları ilə müştəri bazalarının mübadiləsi nəticəsində
Satınalma tezliyində artım
təkliflərin fərdiləşdirilməsi sayəsində hər bir müştəriyə lazımi vaxtda lazımi satınalmalar
Müştərilərin saxlanması
Geniş tərəfdaş şəbəkəsində bonusların toplanması və xərclənməsi mexanizmi sayəsində
Xərclərin optimallaşdırılması
Satınalma üçün müştərilərin fərdi həvəsləndirilməsinin xeyrinə kütləvi satışlardan imtinaya görə
Umico necə işləyir?
Umico ilə hər alış müştərilərə fayda verir. Alış çox olduqda, fayda da çox olur.
Alıcı Umico-ya qoşulur
Umico iştirakçısı olmaq üçün yetər ki, mobil əlavə proqram yüklənmiş olsun. Alıcı dərhal bir elektron sadiqlik kartı görəcək və ya Umico tərəfdaşlarından ştrix-kod şəklində unikal müştəri İD-si ilə plastik kart almaq olar.
Alıcılar mallarını Umico tərəfdaşlarından alırlar
Satınalma üçün əlavə proqramdan plastik və ya elektron sadiqlik kartını kassirə təqdim eymək kifayətdir. Kassir sadiqlik kartının üzərindəki ştrix-kodu skanlayır və müştəri üçün əlverişli üsulla satınalmanın ödənişini, istər hər hansı bank kartından, istərsə də, nağd pulla qəbul edir.
Alıcılar Umico ilə hər alış üçün bonus alırlar
Bonus manatı (sadiqlik proqramının bonus vahidləri) Umico tərəfdaşlarından edilən hər alış üçün verilir. Bonus hesabının balansı gündəlik olaraq yeniləşdirilir. Proqramın iştirakçıları mobil əlavə proqramda şəxsi kabinetlərində öz bonus hesablarını görə bilir və ya Umico saytında və ya telefonla yığılmış bonusların miqdarını öyrənə bilər.
Alıcılar yeni alışlarını bonuslarla ödəyirlər
Müştərilər yeni alışlar üçün sizə gəlir və yığılmış bonus manatı ilə onları ödəyirlər. Müştəridə çox bonus olarsa, sizdə daha çox yeni satışlar olar. Bonusların yerinə hesabınıza proqramın operatorundan real pul gəlir.
Umico koalision bonus sadiqlik proqramı endirimlidən niyə daha sərfəlidir?
Xərclərə qənaət
Diskont proqramına (xüsusən, kumulativ endirim proqramının saxlanılmasına) xərclər çox yüksəkdir. Çünki siz "kassadan ayrılmadan" dərhal mədaxili verirsiniz, müştərilər isə yeni alışdan alışa daha bahalı olurlar, çünki daim endirim gözləyirlər.
Alıcıların cəlb edilməsi
Bonusların yığılması və uçotu prosesi qeymifikasiya elementlərini ehtiva edir, müasir monoton dünyadakı insanlar isə həyatın bütün aspektlərində oyun tapmağa meyllidirlər - oyun proqramdan istifadə prosesinə cəlb edir.
Pulların dövriyyədə saxlanılması
Koalision bonus proqramına iştirak endirimli proqrama nisbətən sadiqlik üçün alıcıya minnətdarlıq %-ni azaltmağa və pulunuzu ən azı bir müddət dövriyyədə saxlamağa imkan verir.
Səmərəli aksiyalar
Bonus sisteminə əsasən aksiyaların həyata keçirilməsi və müştərilərin həvəsləndirilməsi proqramlarının tətbiqində ən qabaqcıl təcrübənin tətbiq edilməsi imkanı, müştərilərə birbaşa endirim deyil, lazım olan şeylərə pul qənaət etmək və xüsusi şərtlərlə bonuslar əldə etmək imkanı verir.
Xüsusi təkliflər
Məhsullarınıza və xidmətlərinizə olan tələbatı artırmaq üçün alıcıların davranışı haqqında məlumatlara əsaslanan unikal avtomatlaşdırılmış bonus mexanikləri.
Special offer valid until September 5
All September, receive 10 manat AZN when ordering breakfast!
The special offer from Paul - Neftchiler Ave.,153
Special offer valid until September 3
Buy Nike sneackers
only for 50 manats bonus!
The special offer fromNike Samed Vurgun street, 24D
Bonus keşbeki
Alıcılara öz arzuları üçün pula qənaət etməyə imkan verin, çünki alqı-satqıdan əldə etdikləri bonus manatlarını həqiqətən istədiklərinə sərf edə biləcəklər. Endirim alış günü unudulacaq. O, müştəriləri sizin markanıza bağlamauacaq, srzusunu həyata keçirmə imkanı isə alıcıları təkrar sizə qaytaracaqdır.
Bonusla ödəniş
Kolleksiyanın qalıqlarını satmaq vaxtı çatmışdırmı? Adi endirim əvəzinə alışı xüsusi kursla bonus manatı ilə ödəməyi təklif edin. Bu yolla, sadiqlik proqramı çərçivəsində hesabınıza yığılmış vəsaiti toplaya bilərsiniz, müştərilərin sayını əhəmiyyətli dərəcədə artırıb həcm hesabına qazana bilərsiniz.
Bonus sadiqlik proqramı
koalision bonus sadiqlik proqramlarını tətbiqi üzrə dünya təcrübəsi
35%-dək
yeni müştəriləri saxlamağa və daimi etməyə imkan verir
21%-dək
bonus sadiqliyini tətbiq edərkən ortalama çeklərin artması müşahidə olunur
86%-dək
yığılmış bonus tərəfdaşlar şəbəkəsində malların tam və ya qismən ödənilməsinə sərf olunur
Effektiv marketinq kommunikasiyaları
Real vaxt rejimində kütləvi, qrup və ya şəxsi kommunikasiyalar
Tərəfdaşlıq marketinqi
Tərəfdaşların televiziyada, internetdə, xarici reklamda, veb saytında və "Umico" əlavə proqramında operator şirkətin hesabına aktiv təşviqi
Referal proqram
Proqramda iştirak etmək və tərəfdaşlardan satın almaq üçün dostları cəlb etmək üçün Umico istifadəçilərinin həvəsləndirilməsi
Mobil əlavə proqram
Ortaq tərəfdaşlardan satın almağı təşviq edən puş-mesajlar və istifadəçilərin geolokasiya məlumatlarına əsasən ən yaxın tərəfdaşların tövsiyələri
SMS və e-poçt marketinqi
Ən effektiv kommunikasiya kanallarında tərəfdaşların maraqlarına uyğun məqsədli marketinq - SMS, messencerlər və e-poçtla göndərilən məktublar
Xüsusi təkliflər
İstehlakçıların satınalma davranışının təhlili əsasında tərəfdaşlar adından xüsusi təkliflərin yaradılması və yayılması
Şəxsi kommunikasiyalar
Müştərilərin və onların ailə üzvlərinin əhəmiyyətli hadisələrlə əlaqədar təbrik edilməsi, anket aparılması və geymifikasiya
Niyə Umico alıcıların xoşuna gələcək - fokus qruplarının məlumatına görə
Həyat yoldaşımla mənim iki övladım var. Oğullarımızın doğum günləri və ya məktəb kimi mühüm hadisələr üçün Umico'dan mükafat olaraq salamlar və hədiyyələr almaqdan məmnun olardım.
Sona, 33 yaşında
Həftənin ortasında vaxtım az olur. Şənbə günü səhər bəzi alış-verişləri rahat görə bilirəm. Umico xüsusi təklifləri mənə şənbə günü səhər göndərsəydi yaxşı olardı.
Emil, 27 yaşında
Mən malları əlverişli almağı sevirəm, buna görə yaxşı təklifləri gözləməyə hazıram. Mallarımı "boşaltmaq" və mənim üçün ən yaxşı qiymət tapana qədər gözləmək üçün əlavə proqramım olsaydı, mən ondan istifadə edərdim.
Zaur, 36 yaşında
Evimizin yaxınındakı bir restoranı çox bəyənirik və tez-tez oraya gedirik. Hər dəfə ora gedəndə Umico-dan sevdiyim desert üçün pulsuz kupon "uçub" gəlsəydi yaxşı olardı. Məsələn, müəyyən bir məbləğdə sifariş edərkən.
Aydan, 25 yaşında
Umico Tərəfdaşının Kabineti
Umico kataloqunda şirkəti axtarmaqdan ötrü teqləri qoşun, şirkətinizin səhifəsini idarə edin, şəxsi kabinetinizdə aksiyaları və xüsusi təklifləri qurun
Texniki inteqrasiya formatları
İstənilən vəziyyətdə uyğun bir inteqrasiya həllini tapacağıq.
API
1C sisteminə standart konnektorlar vasitəsilə API səviyyəsində məlumat mübadiləsi, veb-servislərdən, XML və ya CSV fayllarının mübadiləsi servislərindən istifadə
SQL
SQL sorğularının yaradılması, tərəfdaşın uçot sistemindən müvafiq məlumatların alınması və onların əməliyyat şirkətinə razılaşdırılmış şəkildə göndərilməsi
Mobil
Umico mobil kassası bütün kassa əməliyyatlarını, o cümlədən, Umico sadiqlik proqramı üzrə əməliyyatları işləyib icra etməyə imkan verən xüsusi əlavə proqramdır
POS sistemi
Umico şirkətinin komandasının və rəsmi tərəfdaşlarının köməyi ilə yalnız Umico şirkətlərinin iştirakçıları üçün nəzərdə tutulmuş xüsusi şərtlərlə yeni uçot / kassa sisteminin tətbiq edilməsi
Umico tərəfdaşı ol
İştirak şərtlərinin razılaşdırılması
Alıcılar üçün sadiqlik %-ni uyğunlaşdırmaq və sadə müqavilə bağlamaq. Başlanğıc mərhələsində sadiqlik proqramına inteqrasiya pulsuzdir, giriş və digər haqqlar yoxdur.
IT inteqrasiya
Umico qrupunun maksimum iştirakı ilə İT inteqrasiyası - tərəfdaşın hər hansı bir ssenarisində əlverişli inteqrasiya həllinin tətbiqi.
İşə salma və müşaiyət
Umico operator şirkəti tərəfindən sadiqlik proqramının idarə edilməsi.
Umico Ekosistemi
Artıq bu il tərəfdaşlar Umico ekosisteminin qlobal inkişafını görəcəklər və satış artımı üçün yeni imkanlardan istifadə edə biləcəklər.
Marketpleys
Umico ilə onlayn satın. Bunu etmək üçün yalnız şəxsi kabinet vasitəsilə malları yükləyin və kataloqu lazımi qaydada saxlayın. Öz onlayn mağazanızın, çatdırılma xidmətinizin yaradılmasına və trafikin cəlb edilməsinə heç bir xərc çəkməyəcəksiniz. Umico-da "açar təhvil" şəxsi onlayn mağazanızı açın.
Tövsiyə sistemi
Müştərilər haqqında məlumatların toplanması, saxlanılması və təhlili üzrə innovasiya alqoritmlərinin tətbiq edilməsi və bunun əsasında alıcı davranışının modellərinin qurulması sayəsində Umico satışların həcmini və səmərəliliyini onlarca dəfə artırmaq üçün bir sıra unikal alətlərə giriş imkanı açır. Sizə yalnız Umico-nun tərəfdaşı olmaq və satış üçün malları təqdim etmək lazımdır.
Umico-ya imkan verin ki, müştərilərinizi xoşbəxt etməyə və daha çox mal satmağa sizə kömək etsin:
E-mail: [email protected]umico.io
Телефон: +123 466 567 78
Social networks: Facebook | Instagram | Youtube
© All Right Reserved. Competo LLC.
[email protected]